Ana Sayfa > Karusel / Region > Çətin ki, Belarusdan hücum olsun - Reznikov BBC-yə müsahibə verdi

Çətin ki, Belarusdan hücum olsun - Reznikov BBC-yə müsahibə verdi


13-01-2023, 16:35. Yazar: Admin

Çətin ki, Belarusdan hücum olsun - Reznikov BBC-yə müsahibə verdi

 

Ukraynanın müdafiə naziri Oleksey Reznikov müharibənin gedişi ilə bağlı yeni açıqlamalar verib.

 

Qarabaginfo.az xəbər verir ki, nazir bu barədə BBC-yə müsahibəsində danışıb.

 

"Rusiya fevralın sonu və ya martın əvvəlində Ukraynanın şərqində və ya cənubunda qüvvələr toplamağa hazırlaşır və böyük hücuma keçə bilər, lakin Belarusdan çətin ki, hücum olsun. Rusiyanın hətta Belarusla birlikdə əməliyyat üçün bu istiqamətdə kifayət qədər qüvvəsi, xüsusən də ağır texnikası yoxdur. Bu, proqnoz deyil – mənim qiymətləndirməmdir. Bu, müharibə qanunudur. Yaz təzə qüvvələrlə işə başlamaq üçün ən yaxşı vaxtdır. Bütün tərəflər üçün. Ona görə də başa düşürük ki, onlar başlamağa hazır olacaqlar və əlbəttə ki, biz başlamağa hazır olmalıyıq. Onlar üçün daha asan seçim cənubdan və ya şərqdən hücum etməkdir. Çünki orada təchizat xətləri, maddi-texniki təchizat, çoxlu qoşun var", - deyə Reznikov söyləyib.

 

Reznikov həmçinin bildirib ki, Rusiya Ukraynada hər gün təxminən 500-600 insan itirir. Onun sözlərinə görə, Ukrayna ordusunun itkisi 10 dəfə azdır.

 

"Ehtiyatlarımızı formalaşdırmaq, daha çox döyüş sursatı, daha çox artilleriya təmin etmək, daha çox zirehli transportyor, piyada döyüş maşınları, tanklar, raketlər və s. əldə etmək üçün bizə də vaxt lazımdır. Fərqli planlarımız var. Hansı istiqamətin hansı məqamda daha yaxşı olduğuna qərar veriləcək. Bu müharibə də digər böyük müharibələr kimi resurslar müharibəsinə çevrilib və bu baxımdan müttəfiqlər tərəfindən fəal şəkildə dəstəklənən Ukraynanın mövqeyi məni ruhlandırır", - ukraynalı nazir əlavə edib.(Modern.az)


Geri dön