Ana Sayfa > Karusel / Region > Fransa spikeri erməni separatçılarını MƏYUS ETDİ

Fransa spikeri erməni separatçılarını MƏYUS ETDİ


13-01-2023, 14:39. Yazar: Admin

Fransa spikeri erməni separatçılarını MƏYUS ETDİ

 

Fransa parlamentinin Ermənistanda səfərdə olan spikeri Yael Braun-Pive mətbuat konfransı keçirib.

 

Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, spiker Ermənistana səfərin onun üçün vacib olduğunu söyləyib.

 

"Bölgədəki vəziyyət fonunda Ermənistana indi gəlməli olduq. Ermənistanda olmaq bizim üçün vacibdir, çünki onu həssas edən hadisələr baş verir və biz qardaş xalqa yaxın olmalıyıq. Fransa Ermənistanın suverenliyini və müstəqilliyini möhkəmləndirməkdə həmişə onu dəstəkləyir", - deyə fransalı spiker bildirib.

 

O, qondarma qurumun tanınması ilə bağlı da sualı cavablandırıb və erməni separatçılarını məyus edib.

 

"Paris bunu beynəlxalq hüquq normalarına uyğun hesab etmir", - deyə Braun-Pive söyləyib.(Modern.az)


Geri dön