Ana Sayfa > Karusel / Qarabağ > Xarici jurnalistlər Laçın yolundan RSK-nın maşın karvanının keçməsini izləyib

Xarici jurnalistlər Laçın yolundan RSK-nın maşın karvanının keçməsini izləyib


13-01-2023, 14:14. Yazar: Admin

 Qarlı Şuşada bu gecəki aksiyadan — Fotolar

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Qarabaginfo.az xəbər verir ki, 10 avtomobildən ibarət karvan Laçından Xankəndiyə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

RSK-nə məxsus təminat maşınlarının yoldan maneəsiz keçidini aksiya keçirilən ərazidə olan xarici KİV nümayəndələri də müşahidə ediblər.


Geri dön