Bu ildən Cəbrayıl camaatına dogma torpaqlara getməyə icazə veriləcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevin Cəbrayıl rayon ictimaiyyəti ilə görüşündə bildirilib.
Görüşdə qeyd edilib ki, Cəbrayıl sakinlərinə dogma torpaqlardakı qəbiristanlıalara gedib əzizlərinin məzarlarını ziyarət etməyə şərait yaradılacaq.
Hazırda bu məsələ ilə əlaqədar müvafiq işin getdiyi vurğulanıb. O da qeyd olunub ki, Novruz bayramına qədər Cəbrayıla avtobus turları açılacaq.(modern.az)