Ana Sayfa > Karusel > Yoluxanlar sağalanlardan çoxdur - Daha 4 ölüm

Yoluxanlar sağalanlardan çoxdur - Daha 4 ölüm


12-01-2023, 16:47. Yazar: Admin

Yoluxanlar sağalanlardan çoxdur - Daha 4 ölüm

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 827 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 528 nəfər müalicə olunaraq sağalıb, hazırda 570 aktiv xəstə var. Bu günə qədər 10 037 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2024, ümumilikdə isə 7 451 931 test icra olunub.

 


Geri dön