Ana Sayfa > Karusel / Region > "Rusiya dünyada bizim kimi düşünməyən yeganə avtoritar ölkədir..."

"Rusiya dünyada bizim kimi düşünməyən yeganə avtoritar ölkədir..."


12-01-2023, 15:50. Yazar: Admin
"Finlandiya heç kimə hücum etməyəcək, o, sülh uğrunda və müstəqil dövlətin müstəqil olması uğrunda çıxış edir, buna görə də Ukraynanı dəstəkləyir..."
"Rusiya çoxdandır ki, informasiya savaşını özünün metodlarından birini seçib, bu savaş silahsız və insanların şüurunda aparılır..."
 
"Putin öz hərəkətləri ilə özünün tamamilə proqnozlaşdırılmayan, qəddar, amansız və öz ambisiyaları naminə hər şeyə hazır olduğunu nümayiş etdirib..."
 
Finlandiyanın baş naziri finlərin Kareliyanın "qaytarılması" istəyini feyk adlandırıb
 
Finlandiyanın Kareliya İttifaqına Kareliyanı "qaytarmaq" çağırışları daxil olmağa başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Finlandiyanın "Ilta-Sanomat" nəşri yazıb. 
 
Bu məsələ seçkiöncəki debatlarda Finlandiyanın partiya liderləri tərəfdən müzakirə edilib. Baş nazir Sanna Marin ayrıca bəyanatla çıxış edib.
 
Bu yaxınlarda Finlandiyanın partiya liderləri seşkiöncəki debatlar çərçivəsində Rusiya tərəfindən təsir cəhdlərinə necə cavab verməyi müzakirə edib (Finlandiyada parlament seçkiləri 2023-cü il aprelin 3-də keçiriləcək).
 
Finlandiyanın altı ən iri partiyası həmçinin təhlükəsizlik siyasəti məsələləri üzrə fikirlərini bildirib. Bundan başqa, Kareliya İttifaqının fikrincə, finlərin qurbanı olduğu informasiya təsiri problemi müzakirə edilib.
 
Kareliya İttufaqı nümayəndələri naməlum insanlardan itirilmiş Kateliya ərazilərinin qaytarılması tələblərinin bərpasına çağırışla bağlı məlumatlar alır.
Son zamanlar Rusiya təbliğatında müntəzəm olaraq Finlandiyanın NATO-ya daxil olmağa can atması və bununla da SSRİ-yə verilən ərazilərin qayrarılması üçün imkan əldə etməsi barədə məqalələrə rast gəlinir.
 
Debatların təşkilatçısı Timo Xaapalanın fikrincə, bir çoxları Rusiyanın hazırda Finlandiyanın itirilən torpaqların geri qaytarılması yanğısının meydana çıxması barədə fikri inkişaf etdirməsini mümkün hesab edir. 
 
"Respublika hökuməti və ya prezidenti Finlandiyanın ərazi iddialarının olmaması barədə tez-tez təkrarlamalıdır, yoxsa bu yolla biz Rusiyanı qıcıqlandıracağıq?" -Xaapala partiya liderlərindən soruşub.
 
"Finlandiya Mərkəzi" partiyasının sədri Anniki Saarikkonun fikrincə, koronavirus böhranı və müharibə sosial şəbəkələrdə yalanın sürətlə yayılmasına imkan verib.
 
"İndi tərəfimizdən bunun həqiqətə uyğun olmadığı barədə bəyanatlarımız həmişə kifayət etmir, - Saarikko deyib. - Finlandiya heç kimə hücum etməyəcək. Finlandiya sülh uğrunda və müstəqil dövlətin müstəqil olmaq hüququ uğrunda çıxış edir. Məhz buna görə də Finlandiya Ukraynanı dəstəkləyir".
 
Baş nazir Sanna Marin (Sosial-Demokrat Partiyası) deyib ki, həqiqəti söyləmək dezinformasiya və yalanın yayılmasına qarşı ən yaxşı münasibətdir. Marin möhkəm və birmənalı olaraq finlərin Kareliyanı geri qaytarmaq istəyi barədə iddiaları təkzib edib.
 
"Milli koalisiya" müxalif partiyasının sədri Petteri Orpo qədim müdrik ifadəni xatırladıb: kimsə səni təhrik edirsə, buna uymaq lazım deyil. Digər tərəfdən, "Yaşıl İttifaq" partiyasından Mariya Oxisalo xatırladıb ki, "hərbi əməliyyatlar" sosial şəbəkələrdə də aparılır.
 
"Rusiya çoxdandır ki, informasiya savaşını özünün metodlarından biri kimi seçib, savaş silahsız və insanların şüurunda aparılır. Bu savaşa münasibət bildirməyin ən yaxşı üsulu vətəndaşlarımızın daha çox maarifləndirilməsi ilə məşğul olmaqdır".
 
Sədrlərin debatlarında həmçinin hərbi əməliyyatların bir ili ərzində Vladimir Putin Rusiyası haqqında nələrin bəlli olduğu soruşulub.
 
"Sərhəd xəndəyə çevrilib. Rusiyaya inanmaq olmaz. Rusiya proqnozlaşdırılmayan ölkədir", - Saarrikko düşünür.
 
"Milli koalisiya" partiyasından Petteri Orpo deyib ki, bu hadisələr ona əvvəlki nəsillərin dərslərini xatırladıb, bu da ondan ibarətdir ki, hər zaman ayıq olmalı və öz təhlükəsizliyinə qayğı göstərməkdir.
 
"Putin öz hərəkətləri ilə özünün tamamilə proqnozlaşdırılmayan, qəddar, amansız olduğunu və öz ambisiyaları naminə hər şeyə hazır olduğunu nümayiş etdirib".
 
Baş nazir Sanna Marin üçün müharibənin ən mühüm dərsi avropalıların sadəlövh olduğunu və güclü yanlışlığa yol verdiyini anlaması olub.
 
"Zənnimcə, bu faktın etiraf edilməsi artıq yaxşı haldır, axı, Rusiya dünyada bizim kimi düşünməyən yeganə avtoritar ölkədir. Biz daha güclü və daha müstəqil olmağı öyrənməli, həmçinin müxtəlif vəziyyətlərə hazır olmalıyıq".
 
Marin ümid edir ki, seçkilərin nəticələrindən asılı olmayaraq, Finlandiya bundan sonra da Avropanı  bu qüvvələrin qarşısında daha güclü olmasına tərəfdar çıxacaq.
 
"Əsl finlər" partiyasından Riikka Purra Marinin baxışlarını bölüşür. Onun sözlərinə görə, anlamaq lazımdır ki, dünyada elə ölkələr var ki, hətta beynəlxalq münasibətlərin mövcudluğu zamanı öz hərəkətlərini dəyişmir.
 
"Mən bir çox şeylərə daha realist yanaşmağa başlamışam və bir daha anlamışam ki, geosiyasi mənada bizim, bax, belə qonşumuz var. O, bizim edəcəklərimizin hamısını müəyyən edib və edəcək.

Geri dön