Ana Sayfa > Karusel / Qarabağ > Vardanyan ermənilərin ac olmadığını etiraf etdi: “Yaxşı ətimiz, taxılımız var”

Vardanyan ermənilərin ac olmadığını etiraf etdi: “Yaxşı ətimiz, taxılımız var”


12-01-2023, 15:46. Yazar: Admin

Vardanyan ermənilərin ac olmadığını etiraf etdi: “Yaxşı ətimiz, taxılımız var”

 

Qarabağdakı separatçı-terrorçu dəstənin qondarma “dövlət naziri” Ruben Vardanyan Amerikanın “The American Conservative” jurnalına müsahibə verib.

Qarabaginfo.az xəbər verir ki, müsahibəni erməni milyarderdən jurnalın analitiki Söhrab Əhməri alıb.

Müsahibədə Vardanyan erməniləri dünyanın ən qədim xristian xalqı və ilk müasir soyqırımın qurbanı kimi təqdim edərək, Azərbaycan əleyhinə hədyanlar səsləndirib.

Ruben Vardanyan Laçın yolunun bağlanması ilə Qarabağ ermənilərinin bir aydır blokada şəraitində yaşadıqlarını söyləməklə ermənilərə məxsus saxtakarlıq xislətini bir daha nümayiş etdirib.

Müsahibənin əvvəlində “yeməyimiz, dərmanımız, yanacağımız yoxdur... vəziyyət həqiqətən də ağırdır” deyən milyarder daha sonra kifayət qədər ət və taxıla malik olduqlarını etiraf edir.

Söhrab Əhməri: - Aclıq təhlükəsi varmı? Sizin nə qədər ehtiyatınız var? Nə qədər davam edəcək?
 

Ruben Vardanyan: - Bizim uzun illər ərzaq topladığımız anbarlarımız var. Bundan əlavə, “Artsaxın” zəngin yer olduğunu unutmayın. Yaxşı ətimiz və taxılımız var. Yəni əsas qidamız var, aramızda aclıq başlamadı, amma hər şeyimiz yoxdur. Bizdə tərəvəz yoxdur. Uşaqlar normal qida qəbul etmirlər, düzgün qidalanmırlar, bu da onların inkişafı üçün zərərlidir. Təbabətə gəlincə, Qırmızı Xaç bizə müəyyən dərəcədə kömək edir, lakin təbii ki, davam edən problemlərimiz var...


Göründüyü kimi, erməni milyarder gah aclıqdan dəm durur, gah da “yaxşı ətimiz, taxılımız var” deyir – yəni, nala-mıxa vurmaqla yalan danışdığını etiraf edir.(modern.az)


Geri dön