Ana Sayfa > Karusel > Rusiya XİN Bakı və İrəvana çağırış etdi
Rusiya XİN Bakı və İrəvana çağırış etdi12-01-2023, 15:08. Yazar: Admin |
Rusiya İrəvanla Bakı arasında münasibətlərdə yaranan neqativ tendensiyalardan, eləcə də bölgədə gərginliyin artması ilə müşayiət olunan kəskin ritorikanın və ittiham mübadiləsinin güclənməsindən narahatdır.
Zaxarova qeyd edib ki, erməni tərəfi Azərbaycan tərəfi ilə 2022-ci il dekabrın 23-də Moskvada planlaşdırlan görəşə gəlsəydi, orada problemli mövzular, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə oluna bilərdi.
Xatırladaq ki, yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi KTMT-nin sülhməramlı təlimlərinin bu il Ermənistanda keçiriləcəyini bildirmişdi. Yanvarın 10-da keçirdiyi mətbuat konfransında bu məlumatı şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Geri dön |