Ana Sayfa > Karusel > Rusiya XİN: Ermənistan fürsəti əldən verdi
Rusiya XİN: Ermənistan fürsəti əldən verdi12-01-2023, 14:17. Yazar: Admin |
Ermənistan Azərbaycanla danışıqların növbəti mərhələsini keçirmək fürsətini əldən verib.
Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Təəssüf ki, Ermənistan tərəfi 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycanla danışıqların növbəti raundunu keçirmək üçün fürsəti əldən verdi. Təklifimiz hələ də qüvvədədir. Biz Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar üçün platforma təqdim etməyə hazırıq”, - deyə Zaxarova bildirib. Geri dön |