Ana Sayfa > Karusel / Cəmiyyət > Həqiqi hərbi xidmət hərbi qulluqçularının icbari narkoloji müayinədən keçməsi Qaydası təsdiq edilib
Həqiqi hərbi xidmət hərbi qulluqçularının icbari narkoloji müayinədən keçməsi Qaydası təsdiq edilib12-01-2023, 11:59. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu Qayda “Narkoloji xidmət və nəzarət haqqında” qanuna uyğun olaraq hazırlanıb və müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi qaydasını müəyyən edir. Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq, xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. Şəxslərin tibb müəssisələrində icbari narkoloji müayinədən keçmələri müvafiq orqanların rəhbərləri tərəfindən təmin olunur. Tibb müəssisəsi tərəfindən şəxsin icbari narkoloji müayinəsinin nəticəsinə dair sənəd tərtib edilir, tibb müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən təsdiqlənir və müvafiq orqana (orqanın aidiyyəti struktur bölməsinə) göndərilir, surəti isə tibb müəssisəsində saxlanılır. İcbari narkoloji müayinənin nəticəsinə dair sənəddə şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehlak edilməsi faktının aşkarlanması və aparılan laborator tədqiqatların nəticələri əks olunur. Tibb müəssisəsində icbari narkoloji müayinə zamanı əldə olunan nəticələrin qeydiyyatının aparılması təmin edilir. Müvafiq orqanlar şəxsin icbari narkoloji müayinəsinin nəticələrindən irəli gələn, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edirlər. Geri dön |