Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanlı sürücünün başına iş gəldi - Donaraq öləcəkdi...

Azərbaycanlı sürücünün başına iş gəldi - Donaraq öləcəkdi...


12-01-2023, 11:39. Yazar: Admin

Azərbaycanlı sürücünün başına iş gəldi - Donaraq öləcəkdi...

 

Qazaxıstanın Kostanay vilayətində donmaq təhlükəsi ilə üzləşən azərbaycanlı sürücü xilas edilib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb.

 

Bildirilib ki, yanvarın 12-də saat 02:14-də Kostanay vilayətinin Fövqəladə Hallar Departamentinin Kamıştı rayonu şöbəsinə sürücünün donaraq ölmək təhlükəsi ilə üzləşdiyi barədə xəbər daxil olub. Hadisə yerinə çatan xilasedicilər kimsəsiz yolda “VOLVO” markalı ağır tonnajlı avtomobili aşkarlayıblar.

 

Məlum olub ki, Azərbaycan vətəndaşı yük avtomobilində naviqatordan istifadə edərək Astanaya gedirmiş. O, məsafəni qısaltmaq üçün çöl yolu ilə getməyi qərara alıb. Lakin avtomobilin mühərrikində problem yaranıb və sürücü köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunan xilasedicilər azərbaycanlı sürücünü xilas edərək yaxınlıqdalı kəndə aparıblar. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.(Modern.az)


Geri dön