Ana Sayfa > Karusel / Region > “100-dən çox rus cəhənnəmə vasil oldu” - Ukrayna Silahlı Qüvvələri

“100-dən çox rus cəhənnəmə vasil oldu” - Ukrayna Silahlı Qüvvələri


12-01-2023, 11:32. Yazar: Admin

“100-dən çox rus cəhənnəmə vasil oldu” - Ukrayna Silahlı Qüvvələri

Ukrayna Silahlı Qüvvələrinin (ZSU) Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı ordunun Soledar ərazisində apardığı əməliyyatlar barədə məlumat verib. 

Qarabaginfo.az UNIAN-a istinadla xəbər verir ki, Komandanlıq tərəfindən verilən məlumatda 100-dən çox rus hərbçisinin həlak olduğu qeyd olunub.

“100-dən çox rus birlikdə Soledar bölgəsində cəhənnəmə vasil oldu. Bu, ZSU əsgərlərinin, topçularının və raket atıcılarının koordinasiyalı işi sayəsində baş verdi”, – Komandanlıq qeyd edib. 

Qeyd olunur ki, rusların bir neçə rayonda cəmləşməsi Xüsusi Əməliyyat Qüvvələrinin operatorları tərəfindən aşkar edilib. 

“Artilleriya düşmənə yönəldilib, ərazilərdən birində “Toçka-U” taktiki raket kompleksindən də istifadə olunub. Bu bir neçə zərbə nəticəsində 100-dən çox əsgərin, iki pulemyot bölməsinin və iki minaatanın məhv edilməsi təsdiqlənib”, – deyə məlumatda bildirilir.(Yenisabah) 


Geri dön