Ana Sayfa > Karusel / Region > Ermənistanda qızların əsgər getməsi üçün qanun HAZIRLANIR
Ermənistanda qızların əsgər getməsi üçün qanun HAZIRLANIR11-01-2023, 14:42. Yazar: Admin |
Ermənistanda qadınların hərbi xidmətə cəlb olunması barədə yeni qanun layihəsi hazırlanır.
Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib.
"Qadınlar üçün orduda xidməti könüllülük prinsipi ilə olacaq. Bununla bağlı qanun layihəsi hələ işlənmə mərhələsindədir. Hazırda layihənin üzərində işlənilir. Bir neçə hüquqi prosedurdan sonra bu layihə ictimai müzakirələrə açıq olacaq", - deyə nazir müavini vurğulayıb.
O bildirib ki, qadınlar müdafiə və təhlükəsizlik sahələrində daha aktivdirlər.
Sarkisyanın sözlərinə görə, bir müddət əvvəl nazirliyin qadınlar üçün təşkil etdiyi atıcılıq kurslarının nəticələri hərbi rəhbərliyi təəccübləndirib.(Modern.az) Geri dön |