Ana Sayfa > Karusel > FIFA prezidenti dindirildi - Şok ittihamlar
FIFA prezidenti dindirildi - Şok ittihamlar11-01-2023, 12:31. Yazar: Admin |
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino yanvarın 10-da vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı İsveçrə prokurorluğunda dindirilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Bildirilib ki, Canni İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı, rəsmi sirri yaymaqda və təhqiqata mane olmaqda ittiham edilir.
Məlumata görə, İsveçrə prokurorluğu 2020-ci ilin iyulun ayında Canni İnfantino və ölkənin sabiq federal prokuroru Mixael Lauberə qarşı cinayət işi açıb.
Canni İnfantino 2000-2016-cı illərdə Avropa Futbol Assosiasiyaları İttifaqında (UEFA) işləyib. O, qurumdakı fəaliyyətinin son yeddi ilində UEFA-nın baş katibi postunda çalışıb. Geri dön |