Ana Sayfa > Karusel / Siyasət > Ermənistan rəsmən açıqladı:
Ermənistan rəsmən açıqladı:24-07-2020, 17:29. Yazar: Admin |
Ermənistanın Rusiyadakı səfiri rəsmi şəkildə Ermənistan mallarının bazarlardan çıxarıldığını bəyan edib. Erməni səfir bir növ bununla bağlı gileyli çıxış edib.
“İri ixracatçılar bizə müraciət ediblər. Onlar Araz Ağalarova və qonşu ölkədən olan digər şəxslərə aid olan “Tvoy Dom” şəbəkəsindən Ermənistan istehsalı olan bütün malların çıxarıldığını söyləyib”, - o deyib. Səfirin sözlərinə görə, söhbət konservləşdirilmiş məhsullardan, həmçinin mineral su və alkoqollu içkilərdən gedir: “Tvoy Dom” hipermarketlər şəbəkəsinin məxsus olduğu “Crocus Group” şirkəti məsələyə şərh verməkdən imtina edib. Xatırladaq ki, bundan əvvəl də Moskvanın ən böyük bazarı olan “Food City” də Ermənistan məhsullarını satmaqdan imtina etmişdi. Oxu24.com Geri dön |