Ana Sayfa > Karusel / Manşet > Almaniyanın Xarici işlər naziri Ukraynaya gözlənilmədən səfər edib

Almaniyanın Xarici işlər naziri Ukraynaya gözlənilmədən səfər edib


10-01-2023, 22:19. Yazar: Admin

Almaniyanın Xarici işlər naziri Ukraynaya gözlənilmədən səfər edib

Almaniyanın Xarici işlər naziri Annalena Berbok Ukraynaya səfər edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba "Twitter"də bildirib.

 

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın cəbhə xəttinə yaxın olan Xarkov şəhərinə səfər edərək, müharibədən zərər çəkmiş ərazini öz gözləri ilə görən ilk alman rəsmisidir.

Onu bu səfərində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ukraynanın Almaniyadakı səfiri Oleksi Makeyev müşayiət edib.

Berbok, müharibə dövründə ölkəyə üçüncü səfərini həmrəyliyin nümayişi kimi təqdim edib. O, Ukraynaya daha çox humanitar yardım, o cümlədən generator, yanacaq, yataq ləvazimatı və "daha çox silah tədarükü" vəd edib.


Geri dön