Ana Sayfa > Karusel > Cəbrayılda xeyli silah-sursat aşkarlandı

Cəbrayılda xeyli silah-sursat aşkarlandı


10-01-2023, 15:27. Yazar: Admin

Cəbrayılda xeyli silah-sursat aşkarlandı

 

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun inzibati ərazisindən xeyli sayda silah-sursat aşkar edilib.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, polis əməkdaşlarının işğaldan azad edilmiş ərazilərdə keçirdikləri tədbirlərlə tərk edilmiş hərbi mövqelərdən 11 avtomat, 2 pulemyot, 7 qumbaraatan, 2 snayper tüfəngi, 2 optik nişangah, 59 müxtəlif növ mərmi, 7780 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.


Geri dön