Ana Sayfa > Karusel / Qarabağ > Sabiq nazir haylara Laçın əvəzinə Kəlbəcərdən yol verməyi təklif etdi... -Bu şərtlərlə...

Sabiq nazir haylara Laçın əvəzinə Kəlbəcərdən yol verməyi təklif etdi... -Bu şərtlərlə...


10-01-2023, 14:44. Yazar: Admin
Sabiq nazir haylara Laçın əvəzinə Kəlbəcərdən yol verməyi təklif etdi... -Bu şərtlərlə...
“Sərhəd buraxılış məntəqəsi, gömrük, fitosanitar postları və s. qoymaq şərti ilə ermənilər üçün Kəlbəcər-Basarkeçər yolunu açsaq, bununla Laçın yolunu bağlı saxlayan Rusiyanın oyununu pozmuş olarıq...”
“Ermənilər deyir ki, Laçın yolunu azərbaycanlılar bağlayıb, Əslində həmin yolu biz yox, “sülhməramlı”lar bağlayıb.  Ağıllarını başlarına yığıb gəlsinlər, onlara Kəlbəcərdən Basarkeçərə gedən yolu açırıq. Amma müəyyən şərtlərlə... Yəni hesab edirəm ki, Rusiya “sülhməramlı”ları  Xankəndi-Laçın-Ermənistan sərhədi marşrutunu bağlı saxlasa da,  biz Azərbaycan olaraq Qarabağdakı ermənilər üçün Ağdərə-Kəlbəcər-Ermənistan sərhədi(Basarkeçər) marşrutunu sərhəd buraxılış məntəqəsi, gömrük, fitosanitar postları, konvoyların xüsusi müşayiəti və s. təşkil etmək şərti ilə aça bilərik”.  
 
Qarabaginfo.az xəbər verir ki, bu gözlənilməz təkliflə Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov çıxış edib.
 
“Bəs Ağdərə-Kəlbəcər-Basarkeçər yolunun açılması hazırda Laçın-Şuşa-Xankəndi yolundakı aksiyanın effektivliyini azaltmaz ki?” sualını isə sabiq baş diplomat belə cavablandırıb:
 
“Zənnimcə, qeyd etdiyim marşrutun açılması Laçın yolundakı aksiyanın effektivliyinə təsir göstərməyəcək. İkincisi də biz bununla Laçın yolunu bağlı saxlayan Rusiyanın oyununu pozmuş olacağıq...”

Geri dön