Ana Sayfa > Karusel > Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilərlər

Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilərlər


10-01-2023, 14:32. Yazar: Admin

Azərbaycan vətəndaşları 70 ölkəyə vizasız gedə bilərlər

 

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.

 

Qarabaginfo.az bu barədə qurumun 2023-cü ilin birinci rübünə dair hesabatına istinadən xəbər verir.

 

Bu, ötən illə müqayisədə bir ölkə çoxdur.

 

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı.

 

Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.


Geri dön