İranın İnformasiya (Kəşfiyyat) Nazirliyi "Mossad"ın 2 əməliyyat qrupunun müəyyən və 13 əməliyyatçısının həbs edildiyini açıqlayıb.
Qarabaginfo.az "Seda və Sima"ya istinadla xəbər verir ki, nazirlik ümüumən İsrail xüsusi xidmət orqanının ümumən 6qrupunun ifşa edildiyini vurğulayıb: "Bu terror şəbəkəsində Tehran, İsfahan, Yəzd şəhərləri, habelə Qərbi Azərbaycan və Gülüstan vilayətlərində 23 əməliyyatçı və dəstək elementi müəyyən edilib və indiyədək ölkə daxilində olan 13 nəfər həbs edilib. Onlara məxsus müxtəlif əməliyyat avadanlıqları da ələ keçirilib", - deyə "Ettelaat"ın məlumatında qeyd olunur.
Açıqlamaya əsasaən, şəbəkənin "Siros" ləqəbli rəhbəri Avropa ölkələrindən birində “Instagram” və “WhatsApp” sosial şəbəkələri vasitəsilə ölkə daxilində əməliyyatçılarla əlaqə saxlayıb. Onun göstərişləri İranın bəzi bölgələrində baş verən iğtişaşlardan istifadə etməklə, hərbçilərə sui-qəsd törətmə, iri şəhərlərində, eləcə də bir neçə təxribat əməliyyatı keçirmə olub.(Yenisabah.az)