Ana Sayfa > Karusel / Region > “Ərdoğanla birbaşa danışıqlar vacibdir” – Paşinyan

“Ərdoğanla birbaşa danışıqlar vacibdir” – Paşinyan


10-01-2023, 13:18. Yazar: Admin

“Ərdoğanla birbaşa danışıqlar vacibdir” – Paşinyan  

“Nəqliyyat əlaqələri nəzərindən regionun logistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır:

“Xüsusi nümayəndələrin işinin davam etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.


Geri dön