Ana Sayfa > Karusel > Vətəndaşlardan 11 sənədsiz ov tüfəngi götürüldü

Vətəndaşlardan 11 sənədsiz ov tüfəngi götürüldü


10-01-2023, 11:49. Yazar: Admin

Vətəndaşlardan 11 sənədsiz ov tüfəngi götürüldü

 

Polis əməkdaşları əməliyyat tədbirləri nəticəsində respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürüb.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron könüllü olaraq polisə təhvil verilib.

 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.


Geri dön