Ana Sayfa > Karusel / Manşet > Rusiya Ukraynada daha 14 hərbçisini itirdi
Rusiya Ukraynada daha 14 hərbçisini itirdi8-01-2023, 16:51. Yazar: Admin |
Ukraynanın Luqansk vilayətindəki Rusiya qüvvələrinin yataqxanasına zərbə endirilib. Qarabaginfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Strateji Kommunikasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, Luqansk vilayətinin Rubıjne (Rusiyanın nəzarətindədir) şəhərində yerləşən yataqxanaya Ukrayna Silahlı Qüvvələri tərəfindən zərbə endirilib. Hadisə nəticəsində 14 Rusiya hərbçisi ölüb. Həmçinin yaralananlar var. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Geri dön |