Ana Sayfa > Karusel / Manşet > Ukraynada atəşkəs 36 saatdan çox davam etməlidir - Kalın

Ukraynada atəşkəs 36 saatdan çox davam etməlidir - Kalın


7-01-2023, 23:44. Yazar: Admin

Türkiyə Ukraynada atəşkəsin uzadılmasına ümid edir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“Bizim fikrimizcə, atəşkəs 36 saat deyil, daha çox davam etməlidir. Hələlik bu məsələ ilə bağlı tərəflərin vahid qərarı qəbul edilməyib. Bu da münaqişə tərəflərinin çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir. Türkiyə münaqişəyə son qoymaq üçün dialoqa şərait yaratmaq üçün hər cür səy göstərməyə hazırdır”, - Kalın bildirib.


Geri dön