Ana Sayfa > Karusel / Cəmiyyət > Hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib

Hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib


23-07-2020, 18:22. Yazar: Admin

 

Hərbi qulluqçuların ehtiyata buraxılması mərasimi keçirilib

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurmuş matrosların ehtiyata buraxılması mərasimi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçulara mükafatlar təqdim edilib.


Geri dön