Ana Sayfa > Karusel > Şuşa və Laçına qar yağacaq - XƏBƏRDARLIQ
Şuşa və Laçına qar yağacaq - XƏBƏRDARLIQ6-01-2023, 11:45. Yazar: Admin |
Şuşa, Kəlbəcər və Laçının hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, yanvarın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gündüz 2° şaxtdan 3°-dək isti olacaq. Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2°-dək isti olacaq. Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 2-4° şaxta olacaq. Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° şaxta, gündüz 3-5° şaxta olacaq. Şuşa, Kəlbəcər, Laçında - yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyinin sürəti 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 5-7° şaxta olacaq. Yollar buz bağlayacaq. Geri dön |