Ana Sayfa > Karusel / Manşet > NATO missiyası Kosovonun şimalındakı son barrikadaları dağıdıb
NATO missiyası Kosovonun şimalındakı son barrikadaları dağıdıb5-01-2023, 19:52. Yazar: Admin |
Kosovoda fəaliyyət göstərən beynəlxalq missiya (NATO KFOR) ölkənin şimalındakı son barrikadaları dağıdıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi internet səhifəsində bildirilib.
NATO KFOR bu gün Kosovonun şimalında mühəndis-istehkam bölmələrinin yerləşdirilməsi məqsədi ilə yolları bağlayan son bir neçə avtomobilin çıxarılmasını təmin edib. Bu addım BMT Təhlükəsizlik Şurasının 1999-cu il tarixli 1244 saylı Qətnaməsinə əsaslanan NATO KFOR-un BMT mandatına uyğun olaraq Kosovoda yaşayan bütün icmaların rifahı üçün təhlükəsiz mühitin və hərəkət azadlığının təmin edilməsi məqsədilə həyata keçirilib. Xatırladaq ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Raşka qəsəbəsində Kosovonun şimalından olan serblərlə görüşdən sonra 29 dekabr səhər saatlarından etibarən barrikadaların sökülməsinə başlanacağını bildirib. Geri dön |