Ana Sayfa > Karusel / Dünya > Ukraynada müharibədə 452 uşaq həlak olub

Ukraynada müharibədə 452 uşaq həlak olub


5-01-2023, 12:59. Yazar: Admin

 

Ukrayna

 

Rusiyanın Ukraynaya hücumunun nəticəsi olaraq 452 uşaq dünyasını dəyişib, 877 uşaq isə yaralanıb.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti bildirib.

Yerlərdəki prokurorluq orqanlarından alınan məlumatlara görə, müharibə nəticəsində ən çox uşaq Donetsk vilayətində xəsarət alıb – 429 nəfər. Xarkov vilayətində 268, Kiyev vilayətində 117 uşaq xəsarət alıb. Digər vilayətlərdə də müxtəlif sayda xəsarət alan uşaqların olduğu bildirilib.

Həmçinin qeyd olunub ki, əldə olunan məlumatlar dəqiq deyil, belə ki, hazırda hərbi əməliyyatlar gedən yerlərdə məlumatların toplanması davam edir.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərbi əməliyyatları nəticəsində 3126 təhsil müəssisəsi ziyan görüb ki, onların 337-si tamamilə dağıdılıb.APA


Geri dön