Ana Sayfa > Karusel > Nazirlikdən uşaqlarla bağlı XƏBƏRDARLIQ
Nazirlikdən uşaqlarla bağlı XƏBƏRDARLIQ5-01-2023, 12:16. Yazar: Admin |
"Uşaqlarda immun sistem böyüklərlə müqayisədə nisbətən zəifdir. Bunun səbəbi immun sistemin tam formalaşmamasıdır. İlk 6-7 il immun sisteminin aktiv inkişaf etdiyi dövrdür”.
Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib.
Həkim qeyd edib ki, bu yaşa qədər olan uşaqlar xüsusən də payız-qış mövsümündə tez-tez xəstələnirlər:
“Bu kimi halların qarşısını almaq üçün valideynlərə bəzi tövsiyələr və məsləhətlər vermək istərdim. Ana südünün uşaqlarda immun sisteminin yaradılmasında və gücləndirilməsində birbaşa əlaqəsi var. Bu səbəbdən ilk 6 ay ancaq ana südü ilə qidalanma çox önəmlidir. Valideynlər uşaqların gündəlik qida rasionunda bütün qida maddələrin olmasına diqqət yetirməlidirlər. Xüsusən istər xəstəlik dövrü, istərsə də sağlam zamanda yetəri qədər maye qəbul edilməsi şərtdir. Qidalanma qədər yuxu da uşaqlar üçün çox önəmlidir. Hər bir uşaq gün ərzində 8-11 saat yatmalıdır. Bundan əlavə, əllərin düzgün və təmiz yuyulmasına diqqət yetirmək vacibdir. Mövsümə uyğun geyimlərdən istifadə olunmalıdır. Anemiya, B, Fe, Zn və D vitamlərinin əskikliyi də müqaviməti azaldır və tez-tez xəstələnməyə səbəb olur. Xəstəliklərin çoxu hava-damcı yolu ilə yoluxur. Buna görə də insanların çox olduğu qapalı, havasız məkanlardan uzaq olmaq lazımdır. Otaqların havası tez-tez dəyişdirilməlidir”.
Əkbər Quliyev əlavə edib ki, uşaqlarda ürəkbulanma və qusmanın bir çox səbəbi var:
“Mədə-bağırsaq xəstəlikləri, sidik yolları infeksiyaları, nevroloji xəstəliklər və zəhərlənmələr 60-70 faiz hallarda mədə-bağırsaq sistemi ilə əlaqədar olur. Qusma 24-48 saat ərzində əsasən keçib getməlidir. Keçmirsə, mütləq həkimə müraciət etmək lazımdır, çünki bu hal uşaqlarda su itkisinə səbəb olur. Digər ən önəmli məqamlardan biri də uşağın pəhrizinə fikir verməkdir. Ətli, yağlı, qızarmış yeməklərdən istifadə etmək olmaz. Asan həzm olunan qidalardan (meyvə, ayran, qatıq, buxarda bişirilən tərəvəzlər, çörək və s.) istifadə olunması tövsiyə olunur. Bu zaman az-az və tez-tez yemək daha yaxşıdır”. Geri dön |