Ana Sayfa > Karusel > Kişi qızına anasının adını vermək istədi - Qadın evi tərk etdi

Kişi qızına anasının adını vermək istədi - Qadın evi tərk etdi


5-01-2023, 10:47. Yazar: Admin

Kişi qızına anasının adını vermək istədi - Qadın evi tərk etdi

 

Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Əkrəm Həsənovun Azərbaycan ailələri ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. Belə ki, əksər kişi istifadəçilər onun fikirləri ilə razı olduqlarını bildirsələr də, hüquq müdafiəçisi kimi paylaşımı rəzalət adlandıranlar da olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edən vəkil bildirib ki, ailədə kişinin sözü həlledici olmalıdır:

 

"Gənc bir ailə yeni doğulan uşağa ad qoymaq üstündə mübahisə edib. Belə ki, ata uşağa öz anasının adını vermək istəyib. Bununla razılaşmayan qadın demarş edərək evi tərk edib. Ailə Məcəlləsinin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı  yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll olunur. Təbii, o da həll edə bilməsə, işə məhkəmə baxacaq. Mənə həmişə maraqlı idi ki, belə işlərə baxan dövlət orqanı məsələni necə həll edəcək. Axı hansı meyarı rəhbər tutub, ad qoyacaq? Kimin sözü onun üçün daha keçərli olacaq? Dədə Qorqud deyil ki, istədiyi adı qoyub tərəfləri razı salsın!

Əslində, bu problem bir daha göstərir ki, ailədə heç vaxt bərabərlik ola bilməz. Bir nəfərin sözü həlledici olmalıdır. Təbii ki, ərin! Bu, o demək deyil ki, müzakirə olmamalıdır. Olmalıdır. Amma son söz ərdə olmalıdır. İndi görün, nə günə qalmışıq ki, kişi uşağının adını belə qoya bilmir. Kimdir günahkar? Günahkar kişilərdir. Çünki cılızlaşaraq ailədə iqtidarı əldən verə-verə gedirlər. Başa düşmürlər ki, qadının nə deməsi əhəmiyyətli deyil. Qadın əmələ qiymət verir. Əməldə isə kişi qətiyyətli və sözübütöv olmalıdır. Qadın, onun sözü ilə oturub duran kişidən əvvəl-axır soyuyur. Kişinin var-dövləti də kar etmir. Nəticədə onun yerini hətta adını da yaza bilməyən hansısa enlikürək idman təlimçisi asanlıqla tutur”.

 

Qeyd edək ki, atanın uşağa qoymaq istədiyi ad Xeyransadır.


Geri dön