Ana Sayfa > Karusel / Manşet > Pakistan Senatı Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Pakistan Senatı Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb


4-01-2023, 23:43. Yazar: Admin

Pakistan Senatı Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizəd göstərib.

Qarabaginfo.az-ın Anadolu Agentliyinə istinadla xəbərinə görə, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Norveç Nobel Komitəsinə məktubunda bildirib.

 

“Rusiya-Ukrayna müharibəsi tezliklə bütün dünya üçün fəlakətlə bitə biləcək qaynar nöqtəyə çevrildi. O, (Ərdoğan) yorulmaz səyləri, hər iki tərəflə vaxtında və səmərəli qarşılıqlı əlaqəsi sayəsində qlobal fəlakətin qarşısını təkbaşına aldı”, - deyə məktubda vurğulanıb.

Sancrani prezident Ərdoğanı “hər zaman təkcə ölkəsinin deyil, bütövlükdə regionun və dünyanın inkişafı və çiçəklənməsi üçün çalışan əsl dövlət xadimi və lider” adlandırıb.


Geri dön