Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda daha 531 nəfər COVID-19-dan sağalıb, 347 nəfər yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda daha 531 nəfər COVID-19-dan sağalıb, 347 nəfər yoluxub, 6 nəfər vəfat edib


23-07-2020, 16:42. Yazar: Admin

Azərbaycanda daha 531 nəfər COVID-19-dan sağalıb, 347 nəfər yoluxub, 6 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib, 7 615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə ümumilikdə 658 782 test aparılıb.


Geri dön