Ana Sayfa > Karusel / Manşet > Kiril Budanov: Ukrayna Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır

Kiril Budanov: Ukrayna Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır


4-01-2023, 19:03. Yazar: Admin

Kiril Budanov: Ukrayna Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır

Ukrayna yazda Rusiyaya qarşı genişmiqyaslı əks-hücum planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "ABC News"a müsahibəsində bildirib. O, ən qaynar döyüşlərin martda gözlənildiyini bildirib.

 

Budanov əks-hücumun Krımdan Donbasadək bütün əraziləri əhatə edəcəyini qeyd edib. Əlavə edib ki, Ukraynanın məqsədi beynəlxalq ictimaiyyət tərəfindən də tanınmış 1991-ci ilin sərhədlərinə qayıtmaqdır.

O, əks-hücumun Rusiyanın Ukraynada sonuncu məğlubiyyəti ilə nəticələnəcəyini vurğulayıb.


Geri dön