Ana Sayfa > Karusel / İqtisadiyyat > Pandemiya dövründə 5 milyona yaxın insan dövlət tərəfindən dəstəklə əhatə olunub
Pandemiya dövründə 5 milyona yaxın insan dövlət tərəfindən dəstəklə əhatə olunub23-07-2020, 15:36. Yazar: Admin |
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən dəstəklə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qarabaginfo.az -a verilən məlumata görə, COVİD-19-un məşğulluğa mənfi təsirinin qarşının alınması üçün ilk növbədə muzdlu işçilərin iş yerlərinin qorunmasına ciddi nəzarət olundu, onlara dövlət dəstəyi verildi, maaşlarının davamlı ödənilməsi təmin olunub. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, onların əməkhaqqı ödənilməkdədir. İxtisarlara yol verilməyib və bütün iş yerləri qorunub. Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Əlavə 110 min əmək müqaviləsi bağlandı ki, bu da elə həmin sayda insanın və ailəsinin rifahına xidmət edir. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. 2 milyon 300 min insanın pensiya, müavinət, təqaüd, sosial yardım üzrə ödənişləri hər ay vaxtından daha tez ödənildi, pandemiya dövründə bu ödənişlərin davamlılığı təmin olunub. 750 minədək insanı əhatə edən sosial müavinət və təqaüdlər son bir ildə orta hesabla 100% artırılıb. Bu ilin 6 ayında bu istiqamət üzrə ötən ilin eyni dövrünə nisbətən 151 mln. manat və ya 46,6% çox olmaqla 475 mln. manat vəsait sərf olunub. Son bir ildə minimum pensiya 72,4% artırılaraq 116 manatdan 200 manata çatdırılıb, xüsusi şərtlərlə təyin olunmuş pensiyalar 31% artırılıb, bu iki istiqamət üzrə artım 750 mindən çox pensiyaçını əhatə edib. Əgər pensiyalar vətəndaşların ödədiyi sığorta haqlarının geri qaytarılması prinsipi üzrə hesablansaydı, o zaman 700 mindən çox pensiyaçıların pensiyası 100-110 manat olacaqdı - lakin dövlətin dəstəyi ilə bu məbləğ buğun minimum 233 manat təşkil edir (indeksasiya nəzərə alınmaqla). Üstəgəl, bu ilin əvvəlindən indeksasiya nəticəsində 1 milyon 200 min nəfərin pensiyası 16,6%, yəni əvvəlki illərlə müqayisədə dəfələrlə yüksək faiz göstəricisi əsasında artırıldı. Təkcə bu ilin 6 ayında 1,3 mln. nəfərə yaxın şəxsin pensiyaları üçün keçən ilin eyni dövrünə nisbətən 436,51 mln. manat və ya 24% çox, yəni 2 mlrd. 250 mln. manat xərclənib. 350 mindən çox üzvü olan 85 min ailənin ünvanlı sosial yardımla təminatı (hər ailəyə orta hesabla aylıq 225 manatdan çox) həyata keçirilib. Bu istiqamət üzrə də 2019-cu ilin eyni dövrünə nisbətən 40,4 mln. manat və ya 62% çox olmaqla, 105 mln. manat ödənilib. Aprel-may aylarında 600 min şəxsə aylıq 190 manat birdəfəlik ödəmə verildi, sonra 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxs təkrar bu ödəməni alıb. 100 minədək ailəyə ərzaq yardımı ilə təmin edilib ki, onlarda 400 minədək ailə üzvü var. Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin təsərrüfatının qurulması işləri aparılır ki, həmin ailələrdə 50 min ailə üzvü var. 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işləri aparılır. Qeyd olunanlar, pandemiya dövründə Azərbaycanda əhaliyə göstərilən dəstək tədbirlərinin yalnız bir qismidir. Bunlardan əlavə, vergi, sığorta, kredit güzəştləri, aztəminatlı tələbələrin təhsil haqqının ödənməsi üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir. Beləliklə, bu rəqəmlər əsasında aydın görmək olar ki, dövlətin dəstək tədbirləri ölkəmizdə demək olar hər bir ailənin rifahına öz müsbət təsirini göstərib Geri dön |