Ana Sayfa > Karusel / Manşet > Avropa Komissiyasının sədri Zelenski ilə danışıqlar apardı
Avropa Komissiyasının sədri Zelenski ilə danışıqlar apardı2-01-2023, 23:18. Yazar: Admin |
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Lyayen özünün "Twitter" hesabında məlumat yayıb. O qeyd edib ki, Ukrayna xalqına səmimi dəstəyini və 2023-cü il üçün ən xoş arzularını çatdırıb. " Aİ nə qədər lazımdırsa, o qədər dəstəkləyəcək. Biz sizin qəhrəmanlıq mübarizənizi dəstəkləyirik", - Aİ rəsmisi bildirib. Lyayen Avropa İttifaqının qış aylarında Ukraynanı generatorlar, işıq lampaları, sığınacaqlar və məktəb avtobusları, eləcə də maliyyə dəstəyi ilə təchiz edəcəklərini vurğulayıb. Geri dön |