Ana Sayfa > Karusel / Manşet > Avropada qazın qiyməti bu tarixədək yüksək olacaq

Avropada qazın qiyməti bu tarixədək yüksək olacaq


2-01-2023, 22:22. Yazar: Admin

Avropada qazın qiyməti bu tarixədək yüksək olacaq

Britaniyanın "Cornwall Insight" konsaltinq şirkətinin aparıcı analitiki Metyu Çadvik Avropada qazın qiymətinin ən azı 2030-cu ilə qədər yüksək olacağını proqnozlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, qazın qiyməti ən azı 2030-cu ilə qədər pandemiyadan əvvəlki səviyyədən yuxarı qalacaq.

Analitiklərin fikrincə, bazarın Avropada tələb və təklif dinamikasının dəyişməsinə uyğunlaşması üçün vaxt lazımdır.

Nəşr qeyd edir ki, 2022-ci ilin yayında Rusiya Federasiyasından qazın nəqli dayandırılsa da, hələlik müəyyən miqdarda yanacaq alınıb, lakin 2023-cü ildə Rusiya ilə Avropanı birləşdirən boru kəmərlərinin bağlanması ehtimalı var.


Geri dön