Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > Avropada təbii qazın qiyməti 800 dollardan aşağı enib

Avropada təbii qazın qiyməti 800 dollardan aşağı enib


2-01-2023, 13:07. Yazar: Admin

Avropada təbii qazın qiyməti 800 dollardan aşağı enib

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 800 ABŞ dollarından aşağı enib.

Qarabaqinfo.az xəbər verir ki, 2 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 790,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (844,3 dollar) ilə müqayisədə 6,4% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.


Geri dön