
Ana Sayfa > Karusel / Gündəm > Moskvada yeni temperatur rekordu qeydə alınıb
Moskvada yeni temperatur rekordu qeydə alınıb2-01-2023, 11:50. Yazar: Admin |
![]() Rusiya paytaxtında yeni temperatur rekordu qeydə alınıb. Qarabaqinfo.az-nın Rusiya bürosu xəbər verir ki, Moskvada yeni il gecəsi +6,2 dərəcə istilik qeydə alınıb. Bu hava temperaturunun müşahidəsinin tarixində yanvarın 2-si üçün maksimum olub. Yanvarın 1-də Moskvada hava +4,5 dərəcəyə qədər istiləşib və bununla da yarım əsr əvvəlki rekordu yeniləyib. Belə ki, 1 yanvar tarixi üçün əvvəlki rekord 1973-cü ildə qeydə alınıb, o zaman havanın temperaturu +4,2 dərəcə olub. Sinoptiklər həftə sonundan havanın temperaturunun kəskin dəyişəcəyini, -20 dərəcədən aşağı düşəcəyini bildiriblər.APA Geri dön |