Ana Sayfa > Karusel / Siyasət > Dövlət Komitəsi: Ermənistanın hərbi təxribatlarına görə daha 20 ölkədə aksiya keçiriləcək

Dövlət Komitəsi: Ermənistanın hərbi təxribatlarına görə daha 20 ölkədə aksiya keçiriləcək


23-07-2020, 14:25. Yazar: Admin

 

Dövlət Komitəsi: Ermənistanın hərbi təxribatlarına görə daha 20 ölkədə aksiya keçiriləcək

"Daha 20 ölkədə Ermənistanın hərbi təxribatına qarşı etiraz aksiyası keçiriləcək".

Qarabaginfo.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bu gün keçirilən brifinqdə deyib.

"Soydaşlarımızın vətənpərvərlik hissi çox yüksəkdir. Onlar daim yaşadıqları ölkələrdə aksiyaları davamlı keçirmək istəyirlər. Bütün qüvvə və vasitələr səfərbər olunub. İzdihamlı yürüş və tədbirlərin keçirilməsi planlaşdırılır. Aksiyalarla yanaşı, 20-ə yaxın ölkədə mətbuat konfransları keçirilir. Eyni zamanda maarifləndirmə tədbirləri də həyata keçirilir", - o bildirib. 


Geri dön