Ana Sayfa > Karusel / Manşet > Laçın yolunda aksiya davam edir - Fəallıq müşahidə olunur
Laçın yolunda aksiya davam edir - Fəallıq müşahidə olunur30-12-2022, 23:35. Yazar: Admin |
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 19 gündür davam edir.
Qarabaginfo.az xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar aksiyada “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!” kimi şüarlar səsləndirirlər.
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırırlar. Geri dön |