Ana Sayfa > Karusel / Siyasət > XİN: Sübut olunub ki, Azərbaycana qarşı istifadə olunan minaatanlar, digər silahlar Serbiya mənşəlidir, bu ölkədən cavab gözləyirik
XİN: Sübut olunub ki, Azərbaycana qarşı istifadə olunan minaatanlar, digər silahlar Serbiya mənşəlidir, bu ölkədən cavab gözləyirik23-07-2020, 14:16. Yazar: Admin |
“Mən Serbiyanın müvəqqəti işlər vəkili ilə görüşdüm. Açıq şəkildə dedim ki, bizdə tam dəqiq məlumatlar var ki, bu, baş verib və Serbiya tərəfi bunu araşdırmalıdır”. Qarabaginfo.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib. Xələfov deyib ki, səfirlik vasitəsi ilə təmaslar davam edir: “Artıq bizə müəyyən cavablar veriblər. Hazırda Serbiya tərəfindən rəsmi olaraq bu məsələnin araşdırılmasına başlanılıb. Gözləyirik ki, yaxın vaxtlarda rəsmi araşdırma başa çatacaq və Azərbaycan tərəfinə cavab veriləcək. Biz Serbiyadan həm izahat tələb etmişik, həm də bu addımların atılmasına gətirib çıxaraq səbəblərin aradan qaldırılmasını istəmişik. Bu, ikitərəfli münasibətlərə toxunan məsələdir. Mən bunun ikitərəfli münasibətlərdə çox həssas məsələ olduğunu qeyd etmişdim. Çox təəssüflər olsun ki, ilkin araşdırmalar sübut edib ki, Azərbaycanın sərhəddəki yaşayış məntəqələrinə, hərbi qüvvələrimizin mövqelərinə qarşı istifadə olunan minaatanlar, digər silahlar Serbiya mənşəlidir. Beynəlxalq hüquqda malların mənşəyi məsələsində bir liberallıq var. Ancaq silahların mənşəyi məsələsində vəziyyət fərqlidir. Həmin silahın hansı ölkələrə ixrac edilməsi istehlakçı ölkənin nəzarətində olmalıdır”. Geri dön |