Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur futbolçu Pelenin ölümü ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Qarabaginfo.az xəbər verir ki, mesaj Ərdoğanın tviter səhifəsində paylaşılıb.
"Dünya futbolunun ən böyük isimlərindən biri olan Pelenin ölümü məni dərindən kədərləndirdi. Əfsanəsi olduğu Braziliya xalqının bu böyük acısını ürəkdən paylaşır, ailəsinə, azarkeşlərinə və bütün idmançılarına başsağlığı diləyirik", - Ərdoğan vurğulayıb.
Türkiyə prezidentinin başsağlığı mesajı portuqal dilində yayımlanıb.