Ana Sayfa > Karusel > Gələn il koronavirusla mübarizəyə 70 milyon ayrılacaq
Gələn il koronavirusla mübarizəyə 70 milyon ayrılacaq30-12-2022, 15:59. Yazar: Admin |
Gələn il icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsindən yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsinə ayrılacaq vəsait məlum olub.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İcbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, bu istiqamətə 70 000 000,0 ayrılması nəzərdə tutulur. Nəzərdə tutulmuş vəsaitin bölgüsünü Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Agentlik həyata keçirir.
Bu Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir. Geri dön |