Ana Sayfa > Karusel > Bakıda polis ağır qəza törətdi - Ölən var

Bakıda polis ağır qəza törətdi - Ölən var


30-12-2022, 15:40. Yazar: Admin

Bakıda polis ağır qəza törətdi - Ölən var

 

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Qarabaginfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Bakı-Ələt magistralının Qaradağ rayonu Qobustan qəsəbəsindən keçən hissəsində 1994-cü il təvəllüdlü Emil Əsədullayevin idarə etdiyi “VAZ” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.

 

Nəticədə “VAZ”da olan sərnişin, 1993-cü il təvəllüdlü Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən vəfat edib.

 

Qeyd edək ki, qəza törədən sürücü E.Əsədullayev Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantıdır.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Geri dön