Ana Sayfa > Karusel > Polis gücləndirilmiş rejimdə çalışır

Polis gücləndirilmiş rejimdə çalışır


30-12-2022, 15:00. Yazar: Admin

Polis gücləndirilmiş rejimdə çalışır

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının keçiriləcəyi günlərdə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, rahat və maneəsiz istirahət etmələri, eləcə də onların bayram ovqatlarının pozulmaması üçün Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcəklər.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətidən bildirilib.

 

Həmin günlərdə polis əməkdaşları ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri məkanlarda, xüsusən bayram tədbirlərinin keçiriləcəyi ərazilərdə təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədilə zəruri olan tədbirləri həyata keçirəcəklər.


Geri dön