Ana Sayfa > Karusel > Bakı-Quba yolu 4 saatlıq BAĞLANACAQ

Bakı-Quba yolu 4 saatlıq BAĞLANACAQ


30-12-2022, 14:07. Yazar: Admin

Bakı-Quba yolu 4 saatlıq BAĞLANACAQ

 

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 2 yanvar 2023-cü il gecə saat 01:00-dan 05:00-dək (4 saat) hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində alternativ olaraq Saray-Novxanı yolundan istifadə etmələri xahiş olunur olunur", - AAYDA-dan bildirilib.


Geri dön