Dünyanın 500 ən varlı adamı son bir ildə təxminən 1,4 trilyon dollar itirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
İlon Mask, Jeff Bezos, Çanpen Çjao və Mark Zukerberq kimi milyarderlər ümumi sərvətlərinin təxminən 392 milyard dollarını itiriblər. Buna səbəb kimi geniş yayılmış inflyasiya və mərkəzi bankın sərt qərarları göstərilir.
Bununla belə, 2022-ci il bəzi milyarderlər üçün yaxşı keçib. Belə ki, hindistanlı Hautam Adani sərvət indeksinə görə Bill Qeyts və Uorren Baffeti geridə qoyub, Kokhi və Mars klanı kimi dünyanın ən zəngin ailələrindən bəziləri də sərvətlərini artırıb.(modern.az)