Ana Sayfa > Karusel / Region > KİV: Qərb Ermənistana KTMT-ni tərk etməməyi tövsiyə edir

KİV: Qərb Ermənistana KTMT-ni tərk etməməyi tövsiyə edir


30-12-2022, 10:54. Yazar: Admin

KİV: Qərb Ermənistana KTMT-ni tərk etməməyi tövsiyə edir

Qərb Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməməyi tövsiyə edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak“ nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşrin yazdığına görə, Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə qədəm qoyub: “Əvvəlcə hakimiyyətin aşağı təbəqəsi Laçın yolundakı vəziyyətlə bağlı günahı Rusiya Federasiyası və Rusiya sülhməramlılarının üzərinə atırdı. Daha sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təzyiqlər barədə danışdı və dünən hökumətin iclasında Paşinyan bu barədə bəyan etdi: “Rusiya Federasiyası obyektiv və ya subyektiv səbəblərdən Qarabağda sabitliyi və təhlükəsizliyini təmin edə bilmirsə, o, BMT Təhlükəsizlik Şurasında Qarabağdakı sülhməramlı qüvvələrinə BMT mandatı verilməsi və ya əlavə çoxmillətli hərbi qüvvə göndərilməsi məsələsini qaldırmalıdır””.

Nəşr xatırladır ki, Rusiya tərəfi hər iki halda bu bəyanatlara cavabını gecikdirmədi.

“Münaqişənin iki tərəfi arasında razılıq əldə olunarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Söhbət təkcə Ermənistandan deyil, həm də Azərbaycandan gedir”, - Kremlin mətbuat katibi Peskov bildirib.

“Hraparak“ yazır ki, Ermənistandakı siyasi dairələr bu gərginlikdən narahatdırlar, çünki belə bir vəziyyət 2020-ci il müharibəsindən əvvəl də mövcud idi. Nəşr bəzi hökumət mənbələrinə istinadən edərək bu iddia ilə çıxış edir ki, hətta Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Putinə ultimatum verərək Laçının yolunun açılmasını, əks təqdirdə Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacağını bildirib.

“Bununla belə, mənbələrimiz bildirir ki, Paşinyan ötən həftə Cermukda səfirlərlə görüşdə Fransa Prezidenti Makronun ona KTMT-dən çıxmamaq barədə xəbərdarlıq etdiyini, çünki onların Ermənistanın qarantı rolunu üzərinə götürə bilməyəcəyini etiraf edib. Ermənistanın ABŞ-dakı səfiri Makunts da əlavə edib ki, ABŞ tərəfindən dövlət katibi Entoni Blinken də analoji tövsiyəni Ermənistana çatdırıb”, - nəşr qeyd edir.


Geri dön