Ana Sayfa > Karusel / Gündəm > Naxçıvanda DTX ləğv edildisə, DİN niyə saxlanılır?

Naxçıvanda DTX ləğv edildisə, DİN niyə saxlanılır?


30-12-2022, 10:33. Yazar: Admin

Naxçıvanda DTX ləğv edildisə, DİN niyə saxlanılır?

Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Gömrük Komitəsi ləğv edilərək, əvəzində mərkəzə tabe baş idarələr yaradılıbsa, digər strukturlarda da eyni proseslərin cərəyan edəcəyini gözləyirik. Çünki Naxçıvanda çox şeylər ölkəmizin konstitusiyası ilə üst-üstə düşmür.

Qarabaginfo.az xəbər verir ki, cu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər nazirinin təyin edilməsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Naxçıvan Daxili İşlər Nazirliyi böyük bir bürokratik aparatdır:

“Müəyyən şərhlərdə belə hesab edilir ki, orada kadr ordusunu və ya kadrları, ştat vahidlərini ixtisar edərək müəyyən həddə saldıqdan sonra nazirlik baş idarəyə çevriləcək. Amma mən bu mövqeni bölüşmürəm. Baş idarə ola-ola da köhnə nazirlik strukturunda ciddi islahat aparmaq mümkündür”.

Q.Hüseyni vurğulayıb ki, nazir vəzifəsinə o qədər də populyar olmayan, rayon polis idarəsinin rəisi işləmiş şəxs gətirilib:

“Təzadlı məsələlərdən biri də onun Ali Məclisin sədri tərəfindən təyin edilməsidir. Hesab edirəm ki, Naxçıvanda Ali Məclisdən tutmuş qanunvericilik və icra aparatına qədər, bütün struktur dəyişdirilməlidir. Bu dəyişikliklərin mahiyyətində də Azərbaycan Konstitusiyasında təsbit edilən unitar dövlət modeli əsas götürülməlidir”.


Geri dön