
Müsavat Partiyasının Məclis üzvü Yaşar Türkazər vəfat edib.
Qarabaginfo.az xəbər verir ki, məlumatı Müsavat Partiyası Aparatının rəhbəri Gülağa Aslanlı verib.
Aslanlı bildirib ki, keçən ilin noyabrından Y. Türkazər səhhətində – ürək və ağciyərində problemlər yaranıb, son günlər isə ayağında şişmə müşahidə edilib. Son günlər isə Mərdəkanda xəstəxanada müalicə alıb və həkimlərin səyinə baxmayaraq, bu gün vəfat edib.
Geri dön
|